Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/21/2026

Paylaşın

İdman

“Qarabağ” və “Sabah” klubları azarkeşlərə görə hərəyə 5000 manat ziyana düşüb

AFFA, "Qarabağ", "Sabah"

AFFA “Qarabağ” və “Sabah”ı azarkeşlərə görə 5000 manat cərimələyib.

Baki-baku.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Misli Premyer Liqasının XXVIII turunun mərkəzi qarşılaşması olan “Qarabağ” – “Sabah” matçından sonra hər iki komandanın azarkeş sektorlarından meydana kənar şəxslərin daxil olması klubların büdcəsinə ziyan vurub. Cari mövsümdə analoji halın ikinci dəfə yaşanması səbəbindən “Qarabağ” və “Sabah” klublarının hər biri 5000 manat cərimə olunub.

Həmçinin “Sabah”ın 6 futbolçusu sarı vərəqə aldığı üçün klub əlavə 700 manat cərimə edilib. Komandanın oyunçusu Abdulla Xaybullayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, paytaxt təmsilçisi isə daha 1000 manat ziyana düşüb.

“Araz-Naxçıvan” – “Turan Tovuz” matçında meydana kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə ev sahibi komanda 5000 manat cərimə olunub. Həmin görüşdə qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Tovuz təmsilçisi 700 manat cəriməyə məruz qalıb.

“Karvan-Yevlax” – “Şamaxı” oyununda mətbuat konfransı otağının düzgün təşkil edilməməsi, yəni təşkilati-texniki öhdəliklərin pozulması səbəbindən Yevlax klubu 1000 manat cərimə edilib.

“Kəpəz” – “İmişli” görüşündə isə 4 üzvü sarı vərəqə aldığı üçün Gəncə klubu 700 manat ziyana düşüb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Getdikcə böyüyən və idarəetmə səriştəsi artan Şah Təhmasib 1532-ci ildə ölkədəki ara müharibələrinə son qoydu və bütün hakimiyyəti

Ən son

ƏDƏBİYYAT

Ədəbiyyat sözün geniş mənasında duyğuların, hisslərin, yaşantıların obrazlı şəkildə sözlə təsviri sənətidir.

ƏDƏBİYYAT

Ədəbiyyat sözün geniş mənasında duyğuların, hisslərin, yaşantıların obrazlı şəkildə sözlə təsviri sənətidir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin