Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/27/2025

Paylaşın

İdman

“Qarabağ” UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlib

"Qarabağ" UEFA Çempionlar Liqasında, "Qarabağ" FK, Çempionlar Liqası, UEFA

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”u (Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən “Qarabağ” Liqa mərhələsinə yüksəlib.

Baki-baku.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ev sahibi komandanın qollarını Leandro Andrade (25) və Abdullah Zubir (45) vurublar. Qonaqların heyətində isə Lenni Josef (14), Barnabas Varqa (55,pen) və Aleks Tot (82) diqqət mərkəzinə düşüblər.

Qeyd edək ki, səfərdəki ilk oyunda Azərbaycan çempionu 3:1 hesabı ilə qalib gəlmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Ferentsvaroş”u mübarizədən kənarlaşdıran “Qarabağ” tarixində ikinci dəfə bu uğura imza atıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv daha öncə 2017/2018 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə (əvvəlki adı ilə) yüksəlmişdi.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mehrican xatun Türküstan bozqırlarından, monqolların istilasından baş götürüb, böyük bir ordu ilə Azərbaycana hücum edən Xarəzmşaha çapıb-taladığı məmləkətin
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin