“Qarabağ” klubu son beş ilin dünya reytinqində 71-ci pillədə qərarlaşıb.
Baki-baku.az-ın məlumatına görə, 501 komandadan ibarət siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlayıb.
IFFHS 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan müddəti əsas götürüb.
Azərbaycan çempionu 768,75 xalla 71-ci olub. Ölkənin digər təmsilçilərindən “Neftçi” 300 xalla 375-ci, “Zirə” 290,5 xalla 399-cu, “Sabah” 283,25 xalla 411-ci ola bilib.
Siyahıda İspaniyanın “Real” klubu (1753 xal) liderdir.