UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – VIII turunda baş tutacaq “Liverpul”la matçda “Qarabağ”ın azarkeşləri üçün “Enfild”də ayrılan yerlərin sayı bəlli olub.
Bu barədə Baki-baku.az-a Ağdam klubunun mətbuat xidmətindən bildirilib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Liverpul” (İngiltərə) – “Qarabağ” matçını “Enfild”də izləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün, saat 12:00-dan etibarən satışa çıxarılacaq.
“iTicket.az” saytında onlayn şəkildə satılacaq biletlərin qiyməti 115 manatdır. “Qarabağ” azarkeşləri üçün meydan sahiblərinin stadionunda 1250 yer ayrılıb.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-də, Bakı vaxtı ilə 00:00-da start götürəcək.