Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/28/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Qanunu pozmayan mühafizəçi və Atatürkün xatırladığı ən gözəl əhvalat

Siyasi fəaliyyəti, tərzi və həyat tərzi ilə nümunə olan tarixi şəxsiyyətlərin, dövlət xadimlərinin həyatının hər bir anı bütün dönəmlərdə dinindən, dilindən asılı olmayaraq hər kəsin maraq dairəsində olub. Onlardan biri də, qüdrəti, əzəməti ilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Osmanlı İmperiyasının xilaskarı, modern Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Paşa Atatürkdür.

“Əgər bir gün mənə ehtiyac duyarsanız sizə heç bir şey öyrədə bilməmişəm deməkdir! Yurdda barış, cahanda sülh!” nidası ilə qövmündən olanları yeni çağırışlara səsləyən Qazi Mustafa Kamal Paşanın at üstə keçən ömrünün son səhifələri Dolmabağça sarayında keçən sükunət dolu günlərlə yazıldı. “Həyatının sonlarına doğru dörd divar arasında keçirdiyi vaxtlar, Atatürkə həbsxana kimi gəlməyə başladı. İstanbuldaykən Dolmabağça sarayına saray deyil, qəfəs kimi baxan Millətin Atası arada bir kimsəyə bəlli etmədən qaçardı. Bir gün yenə saraydan çıxır. Payi-piyada tramvaya qədər gedir. Sultan Əhməddə dolaşır. Topqapı Sarayına gəlir. Saat doqquz olmadığından Muzey açılmayıbmış. Qapıdakı mühafizəçi onu tanımadığından Atatürk “Rəisicümhurum Muzeyi gəzmək istərəm” deyir. Mühafizəçi təkbaşına dolaşan birisinin Cümhurbaşqanı ola biləcəyinə inanmadığından, “Olmaz! Kim olursa olsun, girə bilməz. Muzeyin açılmasına zaman var. Qanunu poza bilmərəm” deyə, cavab verir. Qazi, “Haqlısan” deyir və gözləyir. Saat doqquz olur. Muzeyin müdiri gəlir. Qapıda gözləyəni görəndə özünü itirir, sanki üstünə qaynar su tökülür. Qapını açırlar. Atatürk muzeyi gəzir. Sonra  xəstəxanada müalicə alan mənəvi qızı Sabiha Gökçəni ziyarətə gedir. Bu məqamda Dolmabağça sarayında yer-yerindən oynamışdı. Saray mühafizəçiləri, şəhər polisi axtarışa başlamışdı. Hər yerdə Cümhurbaşqanı aranırdı. Bütün taksilərə sorulur. İşin pisi o olur ki, Qazini gəzdirən taksi sürücüsü də, onu tanımamışdı. Nəhayət, xəstəxanadan Dolmabaxça sarayına telefon açılır: “Cümhurbaşqanı xəstəxanada Sabiha Gökçənin ayaq ucunda oturmuş, söhbət edirlər” deyə, məlumat verilir. Atatürkün ömrünün sonuna qədər gülə-gülə anlatdığı bu əhvalat onunla bağlı ən gözəl xatirələrdən birinə çevrilir. “Olmaz! Kim olursa olsun, girə bilməz! Qanunu poza bilmərəm!” deyib, Cümhurbaşqanını belə, izin olmadan içəri almayan mühafizəçini xatırladıqca Qazi: “Mən düşmanın belini bu özü, sözü bütöv, əyilməz millətin üzünə qırdım!” deyir, milləti ilə qürur duyduğunu dilə gətirirdi.

Şərəf Cəlilli

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin