Bakı, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən Hərbi şəhərcikdə tullantıların ətraf mühitə atılmasına və tullantı qablarının çatışmamasına dair sakinlər tərəfindən şikayət daxil olub.
Baki-baku.az xəbər verir ki, sakinlərdən daxil olan görüntülərə əsasən, ərazidə üç zibil qabı əvəzinə yalnız bir zibil qabı mövcuddur və o da qismən yararsız vəziyyətdədir. Bu isə tullantıların ətrafa atılmasına səbəb olur və ərazinin görünüşünə mənfi təsir edir.
Bəs görəsən, bu işə nəzarət edənlər niyə təmizlik işləri aparmır və ərazi üzərindəki məsuliyyətini dərk etmir? Belə vəziyyət həm sakinlərin gündəlik həyatına mənfi təsir göstərir, həm də Hərbi şəhərciyin ümumi görüntüsünü pozur.
Baki-baku.az olaraq məsələnin həllinə nail olmaq üçün aidiyyəti qurumlara müraciət ünvanladıq. Yaranmış vəziyyətin tezliklə aradan qalxacağına ümid edirik.