Bu gün biz geyim seçərkən ilk olaraq onun rahatlığına və… cibinə baxırıq. Amma bir zamanlar cib — xüsusilə də qadınlar üçün — lüks və ya qadağan olunmuş bir şey idi.
17-18-ci əsrlərdə Avropada qadın paltarları çoxqatlı və geniş olurdu. Bu geyimlərin altında qadınlar kiçik kisələr bağlayırdılar. Bu kisələr paltardan ayrı idi və beldən iplə bərkidilərdi. Onlar paltarın altından, ətəklərin yan tərəflərindəki yarıqlardan əllə çıxarılırdı. İçərisində pul, daraq, açar, hətta gizli məktublar belə olurdu.
Maraqlısı budur ki, kişilərin geyimində bu dövrdə artıq fərqli və rahat ciblər var idi. Amma qadın geyimində cibə yer yox idi — sanki qadınların şəxsi əşyaları gəzdirməyə ehtiyacı yoxdurmuş kimi.
19-cu əsrdə qadın geyimləri daha bədənə oturan formaya keçdikcə, bu gizli kisələr də geyimdən “silindi”. Nəticədə qadınlar ya çanta daşımağa məcbur oldular, ya da cibsiz yaşamağa. Zamanla isə qadınların da geyiminə ciblər əlavə olunmağa başladı.
Xanım Aydın