Nəşr edilmişdir 11/26/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Qadın üçün dünyanın ən təhlükəli yeri – BMT-dən şok statistika

51b88513-bd0e-43e1-a301-ff0473be07a6

“Qadınlar üçün dünyanın ən təhlükəli yeri elə onun evidir”.
Baki-Baki.az bu barədə BMT-nin feminisidlə (qadın qətlləri ilə) mübarizəyə dair qlobal hesabatına istinadən xəbər verir.
Hesabata görə, 2023-cü ildə kişilər tərəfindən öldürülən 85 000 qadının 60%-i həyat yoldaşı, partnyoru və ya ailə üzvləri tərəfindən qətlə yetirilib.
“Əldə olunan məlumatlar göstərir ki, qadınlar ən çox şəxsi həyatlarında və daha təhlükəsiz olmalı olduqları yerlərdə ölümcül zorakılığa məruz qalırlar. Bu hesabatdakı rəqəmləri yalnız buz dağının görünən hissəsi hesab edirik, çünki bilirik ki, qadın qətllərinin hamısı qeydə alınmır və onların ölüm səbəbləri də feminisid kimi dəqiq təsnif edilmir” , – deyə “BMT-Qadınlar” təşkilatının icraçı direktor müavini Nyaradzayi Qumbonzvanda qeyd edib.
Hesabatda Fransa, Cənubi Afrika və Kolumbiya üzrə aparılan araşdırmalar da diqqətə çatdırılıb. Məlumatlara görə, intim tərəfdaşları tərəfindən öldürülən qadınların əksəriyyəti zorakılığa məruz qaldıqlarını ölümündən əvvəl hüquq-mühafizə orqanlarına bildiriblər.
Fransada 2019-2022-ci illər ərzində qadın qətllərinin 79%-i intim tərəfdaşlar və ya digər ailə üzvləri tərəfindən törədilib. Bu arada zorakılıq və istismar nəticəsində baş verən digər feminisidlər ümumi göstəricinin cəmi 5%-ni təşkil edib.
Cənubi Afrika ilə bağlı məlumatlar isə göstərir ki, 2020-2021-ci illərdə ailədənkənar feminisidlər bütün qadın qətllərinin 9%-ni təşkil edib.
Hesabatda qeyd olunan rəqəmlər qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün qlobal səviyyədə daha təsirli tədbirlər görməyin vacibliyini göstərir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan

Ən son

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”