Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/17/2025

Paylaşın

GÜNDƏM

Prezident ödənişli avtomagistrallarla bağlı yeni cərimələri təsdiqləyib

Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulması ilə bağlı yeni cərimələr qüvvəyə minib.

Baki-baku.az President.az-a istinadla xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı qanunla İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklə, Məcəlləyə 352-1-ci maddə əlavə edilir:

“Maddə 352-1. Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulması

352-1.1. Ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə – yüz əlli manat məbləğində cərimə edilir.

352-1.2. Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə – iki yüz manat məbləğində cərimə edilir”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan I Liqasında çıxış edən "Səbail" klubu 2610 manat cərimələnib.

Ən son

GÜNDƏM

Azərbaycanda aprelin 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

GÜNDƏM

Azərbaycanda aprelin 13-nə gözlənilən hava şəraiti açıqlanıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin