Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/06/2026

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyevin Ordumuzun qüdrətini artırması günün tələbi, zamanın diktəsidir

Cəlil Xəlilov, Ordu

“Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılması, eləcə də türk dövlətləri ilə hərbi əməkdaşlığın daha da genişlənməsi günün tələbi, zamanın diktəsidir”.

Bunu Baki-baku.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, dünən dövlətimizin başçısının yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər sadəcə dövlətimizin deyil, bütün türk dünyasının gələcək təhlükəsizliyi baxımından mühüm amil və istiqamətləri əhatə edir:

“Dövlət başçısı yerli televiziyalara müsahibəsində bir kəs daha güclü olmağın, ordunun döyüş hazırlığını, peşəkarlığını artırmağın son dərəcə zəruri olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, dünyada baş verən proseslər güc faktorunun həlledici rol oynadığını, dövlətlərarası münasibətlərin “kim güclüdürsə, o da haqlıdır” prinsipi ilə idarə edildiyini göstərir.

Cəlil Xəlilov

Həqiqətən də, bu gün müasir dünyada baş verən proseslər sübut edir ki, artıq beynəlxalq hüquq heç bir dövlətin təhlükəsizliyini təmin etməyə, hər hansı təcavüzün qarşısını almağa, yaxud təcavüzkarı cəzalandırmağa qadir deyil. Bu gün təhlükəsizliyin yeganə qarantı hərbi gücdür. Məhz buna görə də dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin gücünü mütəmadi şəkildə artırmağa, ordumuzun texniki təchizatını, peşəkarlığını yüksəltməyə xüsusi diqqət göstərir.

Bildiyiniz kimi, bu il dövlətimiz təhlükəsizlik və müdafiə xərclərini ötən illə müqayisədə 4 % artırıb. Bu, Prezidentimizin xalqımızın və dövlətimizin təhlükəsizliyinə necə böyük diqqət və məsuliyyətlə yanaşdığını, ölkəmizi gələcək təhdid və təhlükələrdən qorumaq üçün necə uzaqgörən siyasət sərgilədiyini göstərir.

Dövlətimizin başçısının çıxışında yer tutan mühüm məsələlərdən biri də, milli hərbi sənayenin inkişafı, eləcə də müştərək hərbi müəssisələrin yaradılması oldu. Hansı ki, yerli hərbi sənayenin inkişafı təhlükəsizliyimizin təminatının mühüm şərtlərindən biridir və ölkəmiz bu istiqamətdə də prinsipial addımlar atmaqdadır”.

Polkovnik Azərbaycanın digər türk dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirmək istəyinə də diqqət çəkdi:

“Prezident İlham Əliyev müsahibəsində türk dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirməyin, birgə hərbi təlimlər keçirilməyin vacibliyini də qeyd etdi. Bunun türk dünyasının təhlükəsizliyinin təmini baxımından vacib olduğunu vurğuladı və bildirdi ki, əgər bütün tərəflərin razılığı olarsa, elə bu il birgə hərbi təlimlər baş tutacaq.

Bir məqamı da qeyd edək ki, türk dövlətlərinin birgə hərbi təlimlər keçirməsi, hərbi əməkdaşlığı genişləndirməsi yalnız Azərbaycan və Türkiyənin deyil, bütün türk dünyasının marağına uyğundur. Bu, türk dünyasının təhlükəsizliklə bağlı problemlərə vahid strategiyadan yanaşması, bir-birlərinin təhlükəsizliyi ilə bağlı təhdidlərə biganə qalmayacağı deməkdir.

Bu baxımdan türk dövlətləri arasında hərbi əməkdaşlığın genişləndirilməsi bütün türk dünyasının təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb edir. İnanıram ki, türk dövlətləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin irəli sürdüyü bu təklifi dəstəkləyəcək, məlum istiqamətdə əməli addımlar atmaqla bütün dünyaya türk dünyasının hərbi əməkdaşlıq məsələsində də həmrəy olduğunu göstərəcək”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Yaşıl xətt üzrə yerləşən “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində

Ən son

GÜNDƏM

Sabah Bakının Sabunçu və Nizami rayonlarının bəzi ərazilərində təbii qazın verilməsində fasilə yaranacaq.

GÜNDƏM

Sabah Bakının Sabunçu və Nizami rayonlarının bəzi ərazilərində təbii qazın verilməsində fasilə yaranacaq.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin