Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/28/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub

Prezident İlham Əliyev Zəngilan şəhərində, İlham Əliyev, Zəngilan şəhəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub.

Baki-baku.az xəbər verir ki, dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verildi.

Bildirildi ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 2 hektara yaxındır. Burada 104 mənzil inşa olunub. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Hazırda binaların daxili bəzək işləri yekunlaşıb. Kompleksdəki binaların inşasında müasir memarlıq yanaşmaları əsas götürülüb. Ərazidə uşaq və idman meydançaları quraşdırılıb. Məhəllədə 6 yerüstü və yeraltı avtomobil dayanacağı var. Elektromobillər üçün enerjidoldurma məntəqəsi də nəzərdə tutulub. Yaşayış kompleksinin ərazisində yeraltı su anbarları tikilib, transformator da quraşdırılıb. Kompleks şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və parkın yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Martın 11-də Şəhidlər xiyabanını ziyarət edib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin