Nəşr edilmişdir 05/09/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib

IMG-20250509-WA0030

Prezident İlham Əliyev Roma Papası XIV Leo Həzrətlərinə təbrik məktubu göndərib.
Baki-baku.az xəbər verir ki, məktubda deyilir:
“Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi, səmimi dialoq və qarşılıqlı anlaşma nümunəvi xarakter daşıyır. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk.
Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, bəşəri və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar diləyirəm”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına kompleksin fəaliyyəti barədə məlumat verdi.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, aksiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, aksiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.