Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/22/2026

Paylaşın

SİYASƏT

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıb

IMG-20260222-WA0003

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Baki-baku.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Əziz Qardaşım,

Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında möhkəm dostluğun yaxşı nümunəsi olan və qardaşlığa əsaslanan münasibətlərin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir. Aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımız ilə müşayiət olunmaqdadır.

Bərpaolunan enerji və investisiya sahələrində ölkələrimizin səmərəli birgə fəaliyyətini xüsusi qeyd etmək istərdim. Qardaş ölkənizin “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikilərək bu yaxınlarda istismara verilməsi sıx tərəfdaşlığımızın bariz nümunəsidir.

Əminəm ki, Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Sizi və qardaş xalqınızı müqəddəs Ramazan ayının başlaması münasibətilə də səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda nəqliyyat sistemini dəyişdirən, İttifaqda ilk elektrik dəmir yolu xəttinin tarixi…

Ən son

SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin

SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin