Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/06/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə görüşüb

Şimali Kipr Türk Cümhuriyyəti, Ersin Tatar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb.

Baki-baku.az xəbər verir ki, Ersin Tatar Prezident İlham Əliyevlə ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində görüşlərini, həmçinin Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə Toplantısında iştirakını məmnunluqla xatırladı, Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev ölkəmiz tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyin bundan sonra da davam etdiriləcəyini dedi.

Qonaq Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə əldə edilmiş nəticələrlə bağlı təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi qeyd edildi.

Qəbələdə keçirilən Zirvə Görüşünün TDT çərçivəsində ölkələrarası tərəfdaşlığın daha da genişlənməsində rolu vurğulandı.
Görüşdə bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının tarixi quruluşunda elə binalar var ki, onlar sadəcə memarlıq abidəsi kimi deyil, şəhərin yaddaşını daşıyan məkanlar kimi

Ən son

GÜNDƏM

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

GÜNDƏM

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin