Nəşr edilmişdir 06/03/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib, Kasım-Jomart Tokayev, Qazaxıstan

Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevi təbrik edib.
Baki-baku.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli Kasım-Jomart Kemeleviç,
“Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasının 20 illiyi münasibətilə mənə ünvanladığınız təbrik məktubunuza görə Sizə təşəkkür edirəm. Mən də öz növbəmdə bu əlamətdar ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Sizinlə tam razıyam ki, bu mühüm sənəd Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixində yeni səhifə açaraq əməkdaşlığımızı daha da möhkəmləndirmişdir.
Dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini özündə əyani şəkildə əks etdirən bu tarixi sənəd bütün səviyyələrdə fəal siyasi dialoqun inkişafına, iqtisadi, ticari, humanitar və digər sahələrdə səmərəli tərəfdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratmışdır.
Qardaş ölkə və etibarlı strateji tərəfdaşımız olan Qazaxıstanla əlaqələrimizin hazırkı səviyyəsi məmnunluq doğurur. İkitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Eyni zamanda ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində ölkələrimizin birgə fəaliyyəti və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi təqdirəlayiqdir.
İnanıram ki, xalqlarımızın qardaşlığı, ortaq tarixi-mədəni kökləri, mənəvi dəyərləri kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Qazaxıstan ənənəvi dostluq əlaqələri və strateji tərəfdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.
Hörmətli Kasım-Jomart Kemeleviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarixi mənbələrə istinad edərkən vəliəhd Abbas Mirzə Qacarın sərkərdə-xaqan obrazı göz önündə canlanır.

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarixi mənbələrə istinad edərkən vəliəhd Abbas Mirzə Qacarın sərkərdə-xaqan obrazı göz önündə canlanır.