Nəşr edilmişdir 07/11/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.
Baki-baku.az xəbər verir ki, İlham Əliyev Mariam Kvrivişviliyə nazir təyin olunması münasibətilə təbriklərini çatdıraraq, onun vəzifəsinin icrasına başlamasından qısa müddət sonra ölkəmizə səfərini sıx əməkdaşlığımızın göstəricisi kimi qiymətləndirib.
Qonaqpərvərliyə və təbriklərə görə minnnətdarlığını bildirən Mariam Kvrivişvili dövlət başçısı ilə görüşdən şərəf hissi keçirdiyini deyib.
Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İrakli Kobaxidzeyə çatdırmağı xahiş edib.
Ölkə başçısı Gürcüstanda keçirilən parlament seçkilərindən sonra İrakli Kobaxidzenin bu ilin yanvarında ilk xarici səfərini Azərbaycana etməsini məmnunluqla xatırlayaraq, bunun iki ölkə arasında dostluğun və qardaşlığın nümunəsi olduğunu deyib.
Prezident İlham Əliyevin qlobal lider olduğunu vurğulayan Mariam Kvrivişvili dövlət başçısının Gürcüstanda dost kimi qəbul olunduğunu qeyd edib.
Söhbət zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrimizin geniş gündəliyinin olduğu vurğulanıb, Azərbaycanla Gürcüstan arasında enerji və nəqliyyat sahələrində qurulmuş əməkdaşlığın və həyata keçirilən birgə layihələrin yalnız ölkələr deyil, daha geniş region üçün strateji əhəmiyyət kəsb etdiyi qeyd olunub. Bağlantı, enerji, ticarət, sərmayələr və digər sahələrdə ikitərəfli və çoxtərəfli formatda daha sıx əməkdaşlıq həyata keçirilməsinin önəminə toxunularaq, müxtəlif istiqamətlərdə münasibətlərimizin genişlənəcəyinə ümidvarlıq bildirib.
Görüşdə Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaş olduğunu vurğulanıb, ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın mövcudluğuna toxunuldu, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Gələn həftədən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) qəbul başlayır

Ən son

GÜNDƏM

Mərkəzi Kitabxanasında “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib

GÜNDƏM

Mərkəzi Kitabxanasında “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib