Nəşr edilmişdir 06/02/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib

“ExxonMobil”, ExxonMobil, Con Ardill, Darren Vudsun

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib.
Baki-baku.az xəbər verir ki, Con Ardill “ExxonMobil” şirkətinin rəhbəri Darren Vudsun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını şirkətin rəhbərinə çatdırmağı xahiş etdi.
Görüşdə “ExxonMobil” şirkətinin Azərbaycanda uzunmüddətli fəaliyyəti, o cümlədən “Azəri-Çıraq-Günəşli” layihəsində səhmdar qismində iştirakı qeyd olundu. Ölkəmizin neft-qaz potensialının reallaşdırılması istiqamətində SOCAR ilə “ExxonMobil” arasında bu gün imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə Azərbaycan Prezidentinə məlumat verildi.
Qonaqlar Azərbaycanda neft-qaz, enerji sahələrinin inkişafı üçün mövcud olan münbit şəraiti xüsusilə qeyd etdilər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Təbiət özü nüvə reaktorunu işə salıb

Ən son

GÜNDƏM

Bakı şəhərində havaya normadan artıq tullantı atan ictimai iaşə obyektləri cərimələnib.

GÜNDƏM

Bakı şəhərində havaya normadan artıq tullantı atan ictimai iaşə obyektləri cərimələnib.