Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/27/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Cibuti Prezidentini təbrik edib

IMG-20250326-WA0029(3)

Azərbaycan Prezidenti İlham Əiyev Cibuti Prezidenti İsmail Ömər Gellehi ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.
Baki-baku.az-ın məlumatına görə, təbrikdə deyilir:
“Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Biz xoş ənənələrə əsaslanan Azərbaycan-Cibuti dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dövlətlərarası əlaqələrimizi daha da möhkəmləndirmək, qarşılıqlı maraq doğuran bir sıra sahələr üzrə əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Cibuti xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Baki-baku.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Cell Biology" (NCB) jurnalında dərc olunub

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Baki-baku.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Cell Biology" (NCB) jurnalında dərc olunub