Nəşr edilmişdir 03/17/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezi qəbul edib.
Baki-baku.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Bosniya və Herseqovina arasında müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, ölkələrimizin Müdafiə nazirliklərinin və müdafiə sənayesi qurumlarının əməkdaşlığının genişləndirilməsinin önəmi vurğulandı.
Qonaq Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin əhəmiyyətini qeyd etdi.
Zukan Helez ölkəmizin Bosniya və Herseqovinada müxtəlif sahələrdə təmsil olunmasının önəmini diqqətə çatdırdı və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını dedi.
Bosniya və Herseqovinaya rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfər çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin imzalandığını qeyd etdi və Azərbaycanın bu sənədin tələblərindən irəli gələn bütün işləri görməyə, əməkdaşlığa öz töhfəsini verməyə hazır olduğunu vurğuladı.
Görüşdə əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıldı.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Ən son

GÜNDƏM

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdərə rayonundan İlaxır çərşənbə ilə bağlı paylaşım edib.

GÜNDƏM

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdərə rayonundan İlaxır çərşənbə ilə bağlı paylaşım edib.