Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/13/2025

Paylaşın

SİYASƏT

Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru, Beynəlxalq Enerji Agentliyi, Fatih Birol, XII Qlobal Bakı Forumu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.
Baki-baku.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Fatih Birola “Dostluq” ordenini təqdim etdi.
Fatih Birol bu ordenə COP29-da Azərbaycanın sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb.
Prezident İlham Əliyev Fatih Birola ölkəmizlə həyata keçirdiyi əməkdaşlığa və COP29-da göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.
Fatih Birol da öz növbəsində “Dostluq” ordeni ilə təltif olunmasından böyük qürur hissi duyduğunu dedi.
O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və etibarlı tərəfdaş olduğunu vurğuladı.
COP29-da əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdıran Fatih Birol bu tədbirdə çox çətin və mürəkkəb danışıqlar prosesinin aparıldığını dedi və iqlim gündəliyi ilə əlaqədar yaxşı nəticələrin əldə edildiyini diqqətə çatdırdı.
Fatih Birol XII Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirərək, bu tədbiri beynəlxalq səviyyədə mühüm məsələlərinin müzakirəsi baxımından vacib platforma kimi qiymətləndirdi. O, gələcəkdə də Forumla əməkdaşlıq imkanları ilə bağlı fikirlərini bölüşdü.
Söhbət zamanı qlobal enerji məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru, Beynəlxalq Enerji Agentliyi, Fatih Birol, XII Qlobal Bakı Forumu

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bildirir ki, bu əlamətdar hadisə münasibətilə bp dahi bəstəkarın misilsiz irsinin qorunmasına töhfə olan xüsusi kitablar komplektinin
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin