Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/05/2026

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.

Baki-baku.az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür.

Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir.

Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub-saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılıb. Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər.

Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gündə bir daha hamınıza bayram təbriklərimi çatdırıram, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!”

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Ala-Arça" Dövlət iqamətgahında təşkil edilən mədəni proqram çərçivəsində birinci xanımlar Qırğızıstanın xalq dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət

Ən son

SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti

SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin