Nəşr edilmişdir 09/28/2024

Paylaşın

XƏBƏRLƏR

Prezident İlham Əliyev: Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir

Dostluq və qarşılıqlı hörmət üzərində qurulmuş, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir. 

“BakıBaku” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümü münasibətilə Sədr Si Cinpinə təbrik məktubunda yer alıb. 

İyulda Astanada Si Cinpinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşünü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında aparılan fikir mübadiləsini yüksək qiymətləndirən dövlətimizin başçısı vurğulayıb: “Hesab edirəm ki, görüş əsnasında qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” mühüm tarixi addım, əməkdaşlığımızı daha da genişləndirmək və möhkəmləndirmək istiqamətində qarşılıqlı əzmimizin bariz təzahürüdür.

Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi və fəal dialoq, iqtisadiyyat, ticarət nəqliyyat-logistika, telekommunikasiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır. “Kəmər və yol” və “Orta dəhliz” layihələri çərçivəsində səmərəli işbirliyimizi xüsusi qeyd etmək istərdim.

Eyni zamanda, biz Çinlə iqlim dəyişmələri ilə mübarizədə, o cümlədən “yaşıl” enerji, yaşıl və aşağı karbonlu texnologiyalar sahələrində birgə fəaliyyətimizi daha da dərinləşdirmək, ölkənizin qabaqcıl təcrübəyə malik şirkətləri ilə daha sıx əməkdaşlıq etmək əzmindəyik. İnanıram ki, noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da Çinin fəal iştirakı qlobal iqlim fəaliyyəti gündəliyinin irəli aparılmasına və gələcək nəsillərə daha təmiz və dayanıqlı dünyanı miras qoymaq məqsədinə çatmağımıza töhfə verəcək”.

Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında ənənəvi dostluq münasibətlərinin, həm ikitərəfli qaydada, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığın dost xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra da inkişaf edəcəyinə, strateji tərəfdaşlığımızın daha da dərinləşəcəyinə əminliyini bildirib.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Azərbaycan Hava Yolları” QSC (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysində olan ekipaj üzvlərinin siyahısını açıqlayıb.Baki-baku.az AZAL-a istinadla siyahını təqdim

Ən son

ƏSAS XƏBƏRLƏR

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı

GÜNDƏM

“Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və

GÜNDƏM

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış