Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/14/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

1763108802721713699

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Asiya İnkişaf Bankının prezidenti Masato Kandanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Baki-baku.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığa toxunuldu, birgə layihələrin uğurlu icrası qeyd edilib.
1999-cu ildən indiyədək Asiya İnkişaf Bankı tərəfindən nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən 145 kredit, qrant, investisiya və texniki yardım layihələri üzrə Azərbaycana 5,5 milyard dollar dəyərində maliyyə dəstəyinin göstərildiyi vurğulanıb.
Asiya İnkişaf Bankının Azərbaycan dövləti ilə yanaşı, özəl sektorla da uğurlu əməkdaşlıq etdiyi qeyd olunub. Bu xüsusda neft-qaz, elektrik enerjisi, yol, dəmiryolu, kənd təsərrüfatı, su təchizatı, çirkab suların axıdılması və digər istiqamətlərdə icra olunan birgə layihələrə toxunulub.
Söhbət zamanı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlərin regionun nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi üçün də böyük imkanlar yaratdığı diqqətə çatdırılıb.
Görüşdə Mərkəzi Asiya-Azərbaycan-Avropa marşrutu üzrə bağlantıların önəmi qeyd edilib.
Həmçinin Azərbaycanla bank arasında yeni layihələrə toxunulub, bu xüsusda dəmiryolu, metro şəbəkəsinin genişləndirilməsi və su təchizatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Atlantida artıq iki min ildən çoxdur ki, tarixçilərin, arxeoloqların və sirr həvəskarlarının diqqətini cəlb edir.

Ən son

TARİX

Alazan-Həftəran vadisində, Şəki-Zəyzid kəndi ərazisində geniş sahəni əhatə edən qala divarlarının qalıqları mövcuddur.

TARİX

Alazan-Həftəran vadisində, Şəki-Zəyzid kəndi ərazisində geniş sahəni əhatə edən qala divarlarının qalıqları mövcuddur.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin