Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/12/2025

Paylaşın

SİYASƏT

Prezident İlham Əliyev albaniyalı həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb

Albaniya Prezidenti Bayram Beqay avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Baki-baku.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Bayram Beqay Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, həmçinin ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin və digər sənədlərin imzalanması ilə bağlı dövlət başçısını təbrik edib. O, bu prosesdə nümayiş etdirdiyi əzmə və liderliyə görə Azərbaycan Prezidentinin rolunu xüsusi vurğulayıb. Eyni zamanda, Bayram Beqay ABŞ Prezidentinin prosesə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Dövlət başçısı regionda sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin də məhz Azərbaycan olduğunu vurğulayıb, Vaşinqtonda keçirilmiş görüş əsnasında qəbul edilmiş sənədlərin sülh gündəliyinin irəli aparılması baxımından önəminə toxunub. Prezident İlham Əliyev bu prosesə göstərdiyi dəstəyə görə ABŞ Prezidentinin rolunu qeyd edib.
Telefon söhbəti zamanı Azərbaycanın ilə Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Quru meyvələr əsrlər boyu həm dadlı qəlyanaltı, həm də uzunmüddətli saxlanma imkanı ilə qida rasionumuzda özünəməxsus yer tutmuşdur
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin