Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/09/2025

Paylaşın

HƏR ŞEYDƏN

Presque vu – Dilimin ucunda olan yaddaş

Presque vu

Bəzən beynimizdə bir söz dolaşır – onun necə başladığını, necə səsləndiyini hiss edirik, amma heç cür adını çəkə bilmirik. Bu hissə fransızca “presque vu” deyilir, mənası “demək olar ki, görüldü” – yəni bir şeyi tam xatırlamağa yaxın olmaq, amma bir nöqtədə ilişib qalmaq.
Ən çox “dilimin ucundadır” ifadəsi ilə tanınan bu vəziyyət, hər bir insanın zaman-zaman yaşadığı, həm əsəbi, həm də maraqlı bir təcrübədir. Məsələn, bir aktyorun adını bilirsən, filmini xatırlayırsan, sifəti gözünün qabağındadır – amma ad bir cür gəlmir. Sanki beynin bir otağında gizlənib və sən açarı tapa bilmirsən.
Presque vu, beyində yaddaşın çağırılması (recall) və yaddaşın tanınması (recognition) prosesi arasındakı uyğunsuzluqla əlaqədardır. Sən məlumatın orada olduğunu bilirsən, tanıyırsan, amma çıxarıb dilə gətirə bilmirsən. Maraqlısı budur ki, bir az sonra – tam unudanda və ya diqqəti yayındıranda o ad qəfil ağlına gəlir.
Bu fenomen təkcə sözlərlə deyil, ideyalarla, musiqi parçaları ilə və hətta qəribə hisslərlə də ola bilər. Bəzən insan bir fikri tapmağa çalışır, sanki beynin içində bir işıq yanıb sönür, amma tam aydınlıq yaranmır. Bu da presque vunun genişlənmiş formasıdır.
Bəlkə də beynimiz bu anlarda bizə bir şey öyrədir: Hər şeyin adı olmasa da, hissi var. Və bəzən hiss yaddaşdan daha güclüdür.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Payızın ilk günləri Bakının küçələrinə yalnız sərin havanı deyil, həm də təhsil mövsümünün gətirdiyi tanış mənzərəni qaytarır –

Ən son

HƏR ŞEYDƏN

Almaniyanın Düsseldorf şəhərində, Reyn çayının sahilində 125 min ilədək yaşı olan mamont dişi tapılıb.

HƏR ŞEYDƏN

Almaniyanın Düsseldorf şəhərində, Reyn çayının sahilində 125 min ilədək yaşı olan mamont dişi tapılıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin