Pişiklər çox sevilən və maraqlı canlılardır.
Baki-baku.az pişiklər haqqında ən maraqlı faktlar
Pəncələrinin quruluşu pişiklərin başıaşağı vəziyyətdə ağacdan və ya digər şaquli səthdən enməsinə imkan vermir. Onların dırnaqları yalnız dırmaşmaq üçün uyğundur, enmək üçün yox.
Pişiklər 100-dən çox səs çıxara bilirlər. Onlar təkcə mırıldamırlar – hər səs müəyyən emosiyanı ifadə edir. Məsələn, itlər cəmi 10 səs çıxara bilir.
Pişik beyninin bəzi hissələri insan beyni ilə oxşardır və eyni funksiyaları yerinə yetirir.
Alimlər müəyyən edib ki, pişikləri ilk dəfə misirlilər yox, Kipr adasında yaşayan insanlar əhliləşdirib.
Pişiklər çox yaxşı tullanırlar. Onlar öz boylarının 5 qatına qədər hündürlüyə tullana bilirlər.
Əgər pişik üzünü sizə sürtürsə, bu sadəcə mehribanlıq deyil – sizi “işarələyir”. Çünki üz nahiyəsində xüsusi qoxu vəzisi yerləşir.
Ən məşhur pişik cinsi – fars (pers) pişiyidir.
Pişiklər iri tikələri çeynəyə bilmirlər, çünki çənələrinin quruluşu yanlara hərəkət etməyə imkan vermir.
Pişiklər məhəbbətlərini yalnız insanlara göstərirlər. Digər heyvanlarla ünsiyyətdə fərqli səslər çıxarırlar və yalnız insanlara mırıldamaqla öz məmnuniyyətlərini bildirirlər.
Pişiklər digər heyvanlarla müqayisədə çox çevik onurğaya malikdirlər, bu da onların çevik və elastik hərəkət etməsini təmin edir.
Pişiklərin burun izi unikal sayılır – bu onların barmaq izi kimidir.
Daban sümüklərinin (çiyin sümükləri) xüsusi yerləşməsi sayəsində pişiklər başlarının keçdiyi istənilən dəlikdən keçə bilirlər.
Sakit vəziyyətdə pişiyin ürəyi dəqiqədə 100-130 dəfə döyünür.
Pişiklərin dişləri dəyişir – əvvəlcə süd dişləri olur, sonra daimi dişlərlə əvəz olunur.
Pişiyin bığları onun məkan oriyentasiyası üçün “naviqator” rolunu oynayır.
Qaldırılmış quyruq pişiyin xoş əhvalda olduğunu göstərir.
Əgər pişiyin quyruğu sağa-sola hərəkət edirsə, bu o deməkdir ki, o düşünür və qərar verir.
Bütün pişiklər uzaqgörəndirlər – yaxını pis, uzağı isə yaxşı görürlər.
Əgər pişiyin qulaqları sıxılmış vəziyyətdədirsə, bu o deməkdir ki, o müdafiəyə hazırlaşır. Qulaqlar yana doğru açılandasa, bu hücum etməyə hazırlaşdığını bildirir.
Yer üzündəki ən böyük pişik növü – Amur pələngidir.