Nəşr edilmişdir 01/08/2025

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Pişiklər və uşaqlar

Pişiklər və uşaqlar

İçəri Şəhərdə hər addımbaşı pişiklərə rast gəlmək olar. Onlar sanki şəhərin qədim sakinləri- əsrlərin sözsüz şahidləri və keçmiş sirrlərin qoruyucularıdırlar. İçərişəhər isə qədim bir nağıl kitabına bənzəyir: hər addımında əfsanələr və sirrlər gizlənib. Bu sirrlərdən biri də dar küçələrin birində, bir balkonun küncündə gizlənmiş “Pişiklər və uşaqlar”  heykəlidir.

Heç düşünmüsünüzmü görəsən bu qeyri-adi kompozisiya nəyi ifadə edir?

“Pişiklər və uşaqlar” heykəli 1994-cü ildə heykəltəraş-rəssam Tarverdi Quliyev tərəfindən, xalçaçı-rəssam Hacı Eldar Mikayılzadənin şifarişi ilə hazırlanmışdır. Sevgini təcəssüm etdirən bu heykəl barəsində bir çox əfsanələr var. Baki-baku.az isə sizin üçün bu kompozisiya haqqında turistlərin ən maraqlı fikirlərini təqdim edir:

1. Burdan keçərkən gid bizə onun yaradılış əfsanəsin danışana kimi düzü bu abidə barəsində heç eşitməmişdim. Maraqlıdır. Kompozitsiya çox orginaldır.

2. İçəri şəhərin bəyəndiyim cəhəti gəzərkən gözlənilməz qarşıma çıxan çoxsaylı memarlıq abidələri oldu. “Sevgililər və pişiklər” abidəsi də onlardan biridir. Əvvəlcədən bilməyəndə və təsadüfən gördükdə, insan diqqətçil olduğuna görə özüylə fəxr edir. Biləndə isə nə simvolizə etdiyin dayanıb, düşünmək olar.

3. Çox orjinal kompazisiyadır. Öncədən məlumatı olmayanda ilkin olaraq tam qiymətləndirməyə bilərlər. Belə olanda uzun müddət baxıb, düşüncələrə dalırsan. “Sevgili pişiklər” İçəri Şəhərin romantik atmosferinə mükəmməl yaraşır.

4. Bilməyənlər asanlıqla abidədən yan keçə bilərlər. Abidəni görmək istəyirsinizsə Qüllə küçəsindən keçərkən yuxarı baxmağı unutmayın. Əfsanəni isə hər kəs öz fantazsiyasına görə uydura və ya təklif olunan variantlardan birinə inana bilər.

Pişiklər və uşaqlar

Bu heykəl, ola bilsin bir sevgi hekayəsidir, bəlkə də Bakı sakinlərinim pişiklərə sevgisini xatırladan bir işarədir. Hər halda, o, təbəssüm yaradır və bir anlıq dayanmağa və seyr etməyə vadar edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Vətəndə Vətənsizliyin, didərginliyin ünvanı Görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev tək və

Ən son

GÜNDƏM

ABŞ-də ekranı şaquli uzanan noutbuk təqdim edilib, bu dünyada ilk belə texnologiyadır.Baki-baku.az bildirir ki, “ThinkBook

GÜNDƏM

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının 6 küçəsində skuter

SİYASƏT

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.