Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/23/2025

Paylaşın

HƏR ŞEYDƏN

Pis yuxular görməyin səbəbi nədir?

Mütəxəssislərin sözlərinə görə, insanların yuxuda narahatedici və ya qorxulu səhnələr görməsinin müxtəlif psixoloji və fizioloji səbəbləri var. Ən çox təsir edən amillərdən biri gündəlik stress və emosional gərginlikdir. Gün ərzində yaşanan mənfi hadisələr və ya həll olunmamış problemlər yuxu zamanı beyin tərəfindən emal olunur və bu da xoşagəlməz yuxulara səbəb ola bilər.
Baki-baku.az xəbər verir ki, eyni zamanda, yuxudan əvvəl ağır qidaların qəbulu, kofein və ya spirtli içkilərin istifadəsi də pis yuxulara şərait yaradır. Həkimlərin fikrincə, bu cür qidalanma mədə-bağırsaq sisteminə yük salır və yuxunun dərin fazalarını pozur.
Pis yuxulara təsir edən digər amillər arasında bəzi dərman preparatları, yuxu pozğunluqları (insomniya, apnoe və s.), eləcə də travmatik xatirələr xüsusi yer tutur. Uşaqlıq və gənclik dövründə yaşanan mənfi təcrübələr də zamanla kabuslara çevrilə bilər.
Psixoloqlar bildirirlər ki, xoşagəlməz yuxuların qarşısını almaq üçün gün ərzində stressin azaldılması, sağlam yuxu rejiminin formalaşdırılması və yuxudan əvvəl sakitləşdirici fəaliyyətlərlə məşğul olmaq faydalıdır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı növbəti xeyriyyə tədbiri təşkil
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin