Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/21/2025

Paylaşın

GÜNDƏM

Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunda daha bir tunelin tikintisinə başlanılıb

Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunda daha bir tunel tipli yol ötürücüsünün inşasına start verib.

Baki-baku.az agentliyə istinadən xəbər verir ki, tunel layihənin 3,6-cı kilometrində, mövcud dəmir yolu xəttinin altından keçməklə inşa olunur. Tunel tipli yol ötürücüsünün ümumi uzunluğu 620,6 metrdir. Bunun 36,6 metri qapalı, 584 metri isə açıq hissədən ibarətdir.

Hazırda obyekt üzrə dayaqların qazılması və betonlanması, həmçinin svayların quraşdırılması işləri həyata keçirilir.

Xatırladaq ki, uzunluğu 29 kilometr olan avtomobil yolu 1B texniki dərəcəyə uyğun, 6 hərəkət zolaqlı şəkildə tikilir. Layihə çərçivəsində 9 yol qovşağının, 13 yol ötürücüsünün, 1 kanal körpüsünün, həmçinin 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün inşası nəzərdə tutulub.

Yeni avtomobil yolunun istifadəyə verilməsi Abşeron yarımadasının şimal-şərqində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan, Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə şimal bölgəsi, eləcə də Bakı–Şamaxı–Yevlax yolu vasitəsilə ölkənin qərb bölgəsi ilə rahat və səmərəli nəqliyyat əlaqəsi qurmasına imkan yaradacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Hərb tariximizdən səhifələr” mövzusuna həsr olunmuş

Ən son

HƏR ŞEYDƏN

Tayra və Minamoto klanları arasında müharibə başlayanda Tomoe həyat yoldaşı olan Minamoto döyüşçüsünün tərəfini seçdi

HƏR ŞEYDƏN

Tayra və Minamoto klanları arasında müharibə başlayanda Tomoe həyat yoldaşı olan Minamoto döyüşçüsünün tərəfini seçdi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin