Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/11/2025

Paylaşın

GÜNDƏM

Pirallahı Sənaye Parkının ərazisi tam şəkildə sahibkarların istifadəsinə verilib

Pirallahı Sənaye Parkının ərazisi, Pirallahı, Pirallahı Sənaye Parkı

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkının ərazisi tam şəkildə sahibkarların istifadəsinə verilib.
Baki-baku.az agentliyə istinadən xəbər verir ki, Parkda investisiya dəyəri 129 milyon manata yaxın olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
Sahibkarlar görülmüş işlərə ümumilikdə 56 milyon manata yaxın investisiya yatırıb, 150-dən çox daimi iş yeri yaradıb.
Pirallahı Sənaye Parkı ölkədə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, qeyri-neft-qaz sənayesi məhsullarının istehsalının artırılmasında və ixracının genişləndirilməsində mühüm rol oynayır. Parkda indiyə qədər 70 milyon manatlıq, o cümlədən bu ilin I yarısında 8,6 milyon manatlıq məhsul istehsal edilib ki, bu də ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 15 % çoxdur.
Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, 30 hektar ərazini əhatə edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, эта сфера носит не только развлекательный характер, но и способствует развитию когнитивных способностей

Ən son

ETNOQRAFIYA

Ehtiyacı olanlara yardım etdim, savab olduğu üçün deyil, insan olduğum üçün, heç rüşvət almadım, haram

ETNOQRAFIYA

Ehtiyacı olanlara yardım etdim, savab olduğu üçün deyil, insan olduğum üçün, heç rüşvət almadım, haram
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin