Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/28/2025

Paylaşın

İdman

PFL “Çelsi” ilə matça görə “İmişli” -“Qarabağ” oyununun yerini dəyişib

"İmişli" -"Qarabağ", PFL

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Baki-baku.az xəbər verir ki, Ağdam təmsilçisi Misli Premyer Liqasının X turunda keçiriləcək “İmişli” – “Qarabağ” oyunu ilə XX turda baş tutacaq “Qarabağ” – “İmişli” matçının yerinin dəyişdirilməsini istəyib.

“Köhlən atlar” UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacaqları “Çelsi” (İngiltərə) ilə oyuna daha yaxşı hazırlaşmaq üçün bu addımı atıblar.

“Qarabağ” klubunun rəsmi müraciətini və “İmişli” kollektivinin razılığını nəzərə alan PFL Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliyə razı olub.

Belə ki, X turda tərəflər “Azersun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Matç 31 oktyabr saat 17:00-da start götürəcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı metrosunun "Ulduz" stansiyasının vestibülündə 28 oktyabr 1995-ci il faciəsi qurbanlarına həsr olunan memorial yaradılıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin