Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/16/2026

Paylaşın

GÜNDƏM

Paytaxtın abad məhəllələrində Novruz şənlikləri keçirilib – FOTOLAR

WhatsApp Image 2026-03-16 at 11.13.42

Novruz bayramı ənənəvi olaraq ölkəmizin bütün guşələrində olduğu kimi, paytaxt Bakıda da geniş qeyd edilir.

Bununla əlaqədar paytaxt rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil olunur.

Baki-baku.az xəbər verir ki, şənliklər öz kütləviliyi ilə seçilir.

Ənənəvi bayram tədbirləri Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllədə qeyd olunub.

Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər bayramı yüksək sevinc hissi ilə qeyd ediblər.

Bayramda Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri nümayiş etdirilib, rəqqaslar, nağaraçılar və zurnaçı qrupları öz məharətlərini göstərib, müğənnilər müxtəlif mahnılar səsləndirib, Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib. Onlar bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər. Uşaqlar və iştirakçılar yumurta döyüşdürüblər.

Qeyd edilməlidir ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər sakinlərin istifadəsinə verilib.

Burada sakinlərin istirahəti üçün hər cür şərait qurulub. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram ab-havası yaradılıb.

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

“Mən artıq bir ilə yaxındır ki, Bakıdayam. Bu şəhər mənim çox xoşuma gəlir”

Ən son

GÜNDƏM

Novruz bayramı ənənəvi olaraq ölkəmizin bütün guşələrində olduğu kimi, paytaxt Bakıda da geniş qeyd edilir.

GÜNDƏM

Novruz bayramı ənənəvi olaraq ölkəmizin bütün guşələrində olduğu kimi, paytaxt Bakıda da geniş qeyd edilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin