Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/25/2025

Paylaşın

GÜNDƏM

Paytaxtın 10 ali təhsil müəssisəsində mikromobilliklə bağlı geniş kampaniya aparılıb

Mikromobillik, AYNA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə “Universitetlərdə mikromobillik infosessiyaları” layihəsi çərçivəsində bu il paytaxtın 10 ali təhsil müəssisəsində maarifləndirici sessiyalar həyata keçirilib.

Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, layihənin əsas məqsədi tələbələr arasında mikromobillik mədəniyyətinin formalaşdırılması, təhlükəsiz hərəkət vərdişlərinin gücləndirilməsi və mövcud infrastruktur barədə fikir mübadiləsinin aparılmasıdır.

Sessiyalarda 3000-dən çox tələbə iştirak edib. Bununla yanaşı, tərəfdaş APAR şirkəti tərəfindən təşkil edilən praktiki velosiped təlimlərinə 500-ə yaxın iştirakçı cəlb olunub. Təlimlər tələbələrin skuter və velosipedlərdən daha təhlükəsiz və düzgün istifadə bacarıqlarının artırılmasına xidmət edib.

İnfosessiyalarda iştirak edən tələbələr arasında aparılan sorğu mikromobillik vasitələrindən istifadəyə marağın artdığını göstərib. Sorğunun nəticələrinə əsasən, tələbələrin üçdə biri mikromobillik vasitələrindən istifadə edir. Ən çox üstünlük verdikləri vasitə skuterdir. İstifadə etməyənlər isə əsas səbəb kimi infrastrukturun kifayət etməməsi və təhlükəsizlik risklərini qeyd ediblər. Respondentlər zolaqların yaradılmasını və maarifləndirmənin artırılmasını təklif ediblər.

Qeyd edək ki, toplanan məlumatlar tələbələr arasında mikromobillik davranışını, hazırkı çətinlikləri və gələcək gözləntiləri daha aydın şəkildə göstərir. Bu nəticələr həm universitet mühitində, həm də şəhər səviyyəsində planlaşdırılacaq yeni infrastruktur layihələri üçün dəyərli baza rolunu oynayır.

AYNA-nın həyata keçirdiyi bu layihə tələbəyönümlü, təhlükəsiz və davamlı nəqliyyat modelinin qurulmasına mühüm töhfə verir və mikromobillik ekosisteminin inkişafına yeni impuls daşıyır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bu barədə İpoteka və Kredit Zəmant Fonduna istinadən xəbər verir

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı İlham Əliyev və Antonio Koşta birgə foto çəkdirdilər

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı İlham Əliyev və Antonio Koşta birgə foto çəkdirdilər
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin