Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/28/2026

Paylaşın

GÜNDƏM

Paytaxtda yol-nəqliyyat hadisələri baş verdi, işıqforlar və idarəetmə qutusu yararsız hala düşdü

Yol-nəqliyyat hadisələri

Səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Baki-baku.az Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, qəza zamanı nəqliyyat işıqforu və idarəetmə qutusu sıradan çıxıb. Bu səbəbdən kəsişmədə olan digər işıqforlar hazırda qeyri-işlək vəziyyətdədir. Yeni işıqforun və idarəetmə qutusunun quraşdırılması üçün tədbirlərə başlanılıb. İşlər başa çatana qədər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi səyyar işıqfor vasitəsilə təmin ediləcək.

İşıqforun yararsız hala düşməsi ilə nəticələnən digər bir qəza isə Sabunçu rayonu, Zabrat-Maştağa yolunda qeydə alınıb. Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu yolda səyyar işıqfor işləyir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hərəkət iştirakçılarına müraciət edərək bildirir ki, yollarda işıqforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman onlar “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsində qeyd olunanları əsas götürərək yollarına davam etməlidirlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya

Ən son

GÜNDƏM

Bakının 4 rayonunda sel və daşqınların təhlükəlisi ilə əlaqədar istinad divarları tikiləcək.

GÜNDƏM

Bakının 4 rayonunda sel və daşqınların təhlükəlisi ilə əlaqədar istinad divarları tikiləcək.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin