Nəşr edilmişdir 02/27/2025

Paylaşın

GÜNDƏM

Paytaxtda qardan təmizləmə işləri davam edir

Paytaxtda qardan təmizləmə işləri, Qar, Buz, Bakı Şəhər İcra Hakimiyyəti, BŞİH

Fevralın 19-dan etibarən Bakı şəhərinə intensiv qar yağması ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdirirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Baki-baku.az-a bildirilib ki, fevralın 26-sı gecə saatlarından yağan qarın daha da güclənməsi ilə əlaqədar operativ tədbirlər görülməkdədir. Bununla bağlı gecədən xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib və bu işlər gün ərzində davam etdirilir. Qardan təmizləmə işləri ətraf qəsəbə yollarında da aparılır.
Gün ərzində kommunal xidmətlərin əməkdaşları metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini davam etdirirlər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2025-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 12,8 milyard manat təşkil edib.

Ən son

GÜNDƏM

Bəzi binalar var ki, onlar təkcə memarlıq deyil, milli yaddaşın daşlaşmış obrazına çevrilir.

GÜNDƏM

Bəzi binalar var ki, onlar təkcə memarlıq deyil, milli yaddaşın daşlaşmış obrazına çevrilir.