Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 613,9 milyon manat olub.
Bu barədə Baki-baku.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə real ifadədə 11,8 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 133,3 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 86,7 %-ni təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7 % artaraq 5 milyard 680,2 milyon manat olub.