Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/18/2026

Paylaşın

GÜNDƏM

Paytaxtda möhtəşəm Novruz şənliyi keçirilir

Novruz şənliyi

Xalqımızın ən əziz və sevimli bayramı olan Novruz ölkəmizin bütün güşələrində olduğu kimi paytaxt Bakıda da xüsusi coşqu və böyük məhəbbətlə qeyd edilir.

Baki-baku.az xəbər verir ki, Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən və ötən il istifadəyə verilən yeni istirahət parkında Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə Bakı sakinləri, və şəhərimizin çoxsaylı qonaqları, həmçinin uşaq evlərinin balaca sakinləri internat məktəblərinin şagirdləri üçün “Ruhumuza bahar gəlir” adlı möhtəşəm Novruz şənliyi təşkil edilib.

Yüksək bayram əhval-ruhiyyəsində təşkil edilən və xüsusi zövqlə bəzədilmiş parkda xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb, gənc rəssamların rəsm əsərləri nümayiş etdirilib. Tədbirdə əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələrin, ponilərin müşayəti ilə Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar, pəhləvanlar və çalğıçılar iştirak ediblər.

Tədbir zamanı mərkəzdə quraşdırılan səhnədə populyar incəsənət nümayəndələri ilə yanaşı rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz məharətlərini göstərib, idman meydançasında zorxana, güləş, kəndirdartma, gimnastika üzrə nümunəvi çıxışlar olub.

Eyni zamanda çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava, çay təqdim olunub. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib, Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Gün ərzində davam edən bayram tədbiri iştirakçıların böyük sevincinə səbəb olub və bayram əhval-ruhiyyəsi yaradıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son günlər sosial şəbəkələrdə paytaxt avtomobillərində 88-lə başlayan qeydiyyat nişanlarına rast gəlinməsi ilə bağlı paylaşımlar yer alıb.

Ən son

GÜNDƏM

Xalqımızın ən əziz və sevimli bayramı olan Novruz ölkəmizin bütün güşələrində olduğu kimi paytaxt Bakıda

GÜNDƏM

Xalqımızın ən əziz və sevimli bayramı olan Novruz ölkəmizin bütün güşələrində olduğu kimi paytaxt Bakıda
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin