Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/21/2025

Paylaşın

GÜNDƏM

Paytaxtda kommunal layihənin uğuru

Kommunal, çeşidlənmə, məişət tullantıları

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir. Hazırda paytaxtın 9 rayonunda – Nərimanov, Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail rayonlarında müvəffəqiyyətlə icra olunur.

BŞİH-in mətbuat xidmətindən Baki-baku.az-a verilən məlumata görə, işlərin gedişatının monitorinqi məqsədilə mütəmadi olaraq hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların çəkisi və tərkibi araşdırılır, nəticələr əvvəlki illə müqayisə edilir. Mütəxəssislərin davamlı olaraq apardıqları monitorinqlərin nəticələri layihənin uğurla həyata keçirildiyini göstərir.

Görülən tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi bu layihənin icrası istiqamətində 2022-ci ilin sentyabrında Xətai rayonunda başlanılan və əldə edilmiş nəticələri uğurlu saymaq olar. Belə ki, əgər layihənin tətbiqinin ilk aylarında çeşidlənmiş tullantının həcmi bir gündə 6-8 ton, sonradan isə tədricən 11-14 ton olmuşdusa, hazırda bu rəqəm gündəlik təqribən 21-24 ton təşkil edir. Bu da əldə edilən təcrübənin, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Xətai rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər.

Qeyd edək ki, ətraf mühitin çirklənmədən qorunması, mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün 164 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yenilənməsində böyük rol oynayıb.

Layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin, sağlamlığımızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə edilməsinə xidmət göstərir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı

Ən son

GÜNDƏM

İslam Zirvə Konfransının 16-cı Sessiyası 2027-ci ildə Azərbaycanda keçiriləcək.

GÜNDƏM

İslam Zirvə Konfransının 16-cı Sessiyası 2027-ci ildə Azərbaycanda keçiriləcək.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin