Nəşr edilmişdir 05/29/2025

Paylaşın

GÜNDƏM

Paytaxtda kommunal layihənin uğurlu tətbiqi davam edir

kommunal layihənin uğurlu tətbiqi, Bakı Şəhər İcra Hakimiyyəti, Kommunal Xidmət

Bakı Şəhər İcra Hakimiyyətinin 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir.
Baki-baku.az Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, həmin vaxt Nərimanov rayonu pilot layihə olaraq müəyyən edilərək işlərə məhz bu rayonda başlanıb. Layihənin uğurla həyata keçməsi imkan verib ki, sonrakı illərdə Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail rayonları da bu layihəyə qoşulub və bununla da iştirakçıların sayı 9-a çatıb.
İşlərin gedişatının monitorinqi məqsədi ilə mütəmadi olaraq ayrıca hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi araşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə edilir. Mütəxəssislərin mütəmadi olaraq apardıqları monitorinqlərin nəticələri layihənin uğurla həyata keçirilməsini göstərir.
Görülən tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi bu layihənin icrasına 6 il əvvəl başlanılan Nərimanov rayonunda əldə edilən nəticələri uğur saymaq olar. Belə ki, əgər layihənin tətbiqinin ilk aylarında çeşidlənmiş tullantının həcmi bir gündə 6-8 ton, sonradan isə tədricən 11-14 ton olubsa, hazırda bu rəqəm gündəlik təqribən 21-23 ton təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda Nərimanov rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər. Nərimanov rayonunda layihənin uğurundan digər rayonlar da təcrübə kimi istifadə ediblər.
Qeyd olunmalıdır ki, ətraf mühitin çirklənmədən qorunması üçün çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə dövlətimizin başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün 164 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yenilənməsinə böyük kömək olub.
Qeyd edilən layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığımızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində iyunun 1-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

GÜNDƏM

Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli xalqların məktəbliləri arasında "Şuşa türk xalqları

GÜNDƏM

Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli xalqların məktəbliləri arasında "Şuşa türk xalqları