Nəşr edilmişdir 01/15/2025

Paylaşın

GÜNDƏM

Paytaxtda istismar olunan 165 nömrəli marşrutun avtobusları yenilənir

Paytaxtın Binəqədi qəsəbəsi, Gənclər şəhərciyi və “Qarant” yaşayış kompleksini “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” metrostansiyaları və A.M.Şərifzadə küçəsi ilə əlaqələndirən 165 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Baki-baku.az-a verilən məlumatda bildirilir ki, yanvarın 16-dan sərnişinlərin xidmətinə veriləcək 20 ədəd yeni “King Long” markalı ortatutumlu avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində yanvarın 16-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti

Ən son

GÜNDƏM

Sabah Bakının Binəqədi rayonunun 3 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.Bu barədə Baki-Baku.az-a Azərbaycan Dövlət Neft

GÜNDƏM

“WhatsApp” qruplarında Daxili İşlər Nazirliyinin (DİN) adından yayılan xəbərdarlıq məzmunlu mətnlər feykdir.Baki-baku.az xəbər verir ki,

GÜNDƏM

Paytaxtın Binəqədi qəsəbəsi, Gənclər şəhərciyi və “Qarant” yaşayış kompleksini “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” metrostansiyaları