Nəşr edilmişdir 12/23/2024

Paylaşın

GÜNDƏM, SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Paytaxtda aparılan təmizlik işləri hansı xəstəliklərin qarşısını alır? – EKSKLÜZİV

təmizlik işləri

Artıq xeyli müddətdir ki, Bakıda küçələrin, parkların, yolların təmizlənməsi istiqamətində işlər görülür, mütəmadi olaraq iməcliklər həyata keçirilir. Bunun üçün yeni nəsil tozsoranlar və digər müasir avadanlıqlar alınır. Bütün bunlar paytaxtın estetik görünümünü daha da yaxşılaşdırır, təmiz şəhər siyasətinə töhfə verir. Bəs görülən bu işlərin sağlamlıq və ekoloji baxımdan töhfələri varmı?


Mövzu ilə bağlı Baki-baku.az-a açıqlama verən “Xəzər” Tibb Mərkəzinin infeksionisti Aytən Ziyadova bildirib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən (BŞİH) həyata keçirilən təmizlik işlərinin insan sağlamlığına əhəmiyyətli təsirləri var: “Bu cür təşəbbüslər ictimai sağlamlıq və ətraf mühitin qorunması baxımından vacibdir. Məsələni dah geniş izah etsək, görərik ki, aparılan işlər ilk başda havanın keyfiyyətinin yaxşılaşdırır. Tozsoranlar və müasir təmizlik avadanlıqları yollardakı toz və çirkləri təmizləməklə havadakı toz hissəciklərinin miqdarını azaldır. Bu, xüsusilə astma, allergiya və tənəffüs yolu xəstəlikləri olan insanlar üçün müsbət təsir göstərir”.

Tozsoran, təmizlik işləri


A. Ziyadova qeyd edib ki, küçələrdə zibillərin yığışdırılması yoluxucu xəstəliklərin yayılma riskini azaldır. “Məsələn, tullantılardan qaynaqlanan mikroblar və həşəratlar (sivrisinek və ya gəmiricilər) tifo, malyariya və digər xəstəliklərə səbəb ola bilər. İməcilik zamanı şəhər ərazisinin təmizlənməsi bakteriya və virusların çoxalmasının qarşısını alır, bu da cəmiyyətin ümumi sağlamlıq vəziyyətinə müsbət təsir göstərir”.

təmizlik işləri


BŞİH-nin gördüyü təmizlik işlərinin bir sıra xəstəliklərin qarşısını almağa kömək etdiyini vurğulayan infeksionist diqqətə çatdırıb ki, aparılan işlər tənəffüs yolu xəstəlikləri – tozun və çirklərin təmizlənməsi ilə astma, bronxit və digər xroniki tənəffüs xəstəliklərinin inkişaf riskini azaldır: “Görülən işlərin həzm yolu xəstəliklərinə də müəyyən təsirləri var: Çirkli mühitlərdə çoxalan mikrobların yaydığı xəstəliklər, məsələn, salmonellyoz və ya dizenteriya təmizliklə əhəmiyyətli dərəcədə azaldıla bilər. Həmçinin dəri xəstəliklərinin də qarşısını almaqda təmizlik işlərinin əhəmiyyəti böyükdür. Çirkli səthlərlə təmas nəticəsində baş verən dermatitlər və digər dəri xəstəlikləri təmiz mühitdə daha az müşahidə edilir”.

təmizlik işləri


A. Ziyadova şəhər sakinləri arasında təmizlik işlərinin əhəmiyyəti barədə məlumatlandırma aparılmasının əhəmiyyətli olduğunu bildirib: “Düşünürəm ki, təmizlik işlərində daha innovativ və ekoloji cəhətdən təhlükəsiz avadanlıqların istifadəsi artırılmalıdır. Nəticə olaraq, təmizlik işləri şəhər həyatının keyfiyyətini artırmaqla yanaşı, insanların sağlamlığını qorumağa və müəyyən xəstəliklərin qarşısını almağa kömək edir. Lakin kimyəvi maddələrdən düzgün istifadə edilməzsə, bəzi risklər də yarana bilər”.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 20-də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Ən son

ƏSAS XƏBƏRLƏR

Bu gün Azərbaycanın adını dünyanın müasir tarixinə qızıl hərflərlə yazan, dövlətimizin başçısı, Müzəffər Ali Baş

ƏSAS XƏBƏRLƏR

Cari ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi”

İQTİSADİYYAT

Prezident İlham Əliyev Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.Bununla bağlı