Nəşr edilmişdir 03/26/2025

Paylaşın

GÜNDƏM

Paytaxt sakinləri tətil günlərində Mərkəzi Nəbatat Bağına axın edib

20250326_184746

Tətil günlərində havaların isinməsi ilə paytaxt sakinləri və turistlərin ən çox üz tutduğu məkanlardan biri Mərkəzi Nəbatat Bağıdır.
Baki-Baku.az xəbər verir ki, bu günlərdə Nəbatat Bağı Bakı sakinlərinin və qonaqların xüsusi məkanına çevrilib. Ailələr, gənclər, turistlər və təbiət sevərlərin bir araya gəldiyi bu məkan asudə vaxtın daha gözəl keçirilməsi üçün uğurlu seçimlərdən olub.
Burada yaradılmış istirahət zonaları və uşaq meydançaları, nadir bitkilər və müasir memarlıq elementləri ziyarətçilərin zamanını səmərəli və xoş keçirməsinə şərait yaradıb.
Mərkəzi Nəbatat Bağında həyata keçirilən genişmiqyaslı təmir işləri onun mövcud sahəsini 39 hektardan 45 hektara qədər artırıb ki, bu da daha çox ziyarətçi qəbuluna imkan verib. Bu gün 2000-dən artıq ziyarətçinin burada olması təkcə Nəbatat Bağının estetik və ekoloji əhəmiyyətindən deyil, həm də onun istirahət məkanı kimi diqqət çəkməsindən xəbər verir.
Mərkəzi Nəbatat Bağında dünyanın müxtəlif ölkələrindən gətirilmiş nadir dekorativ ağaclar, kol və güllər əkilib ki, bu da botanika sevərlərin diqqətini çəkən məqamlardandır.
Yenilənmiş bağ, həm ekologiya, həm də istirahət baxımından əhəmiyyətli bir məkan olaraq, sakinlərin və turistlərin diqqət mərkəzində olmağa davam edir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, paylaşımda deyilir:

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, paylaşımda deyilir: