Nəşr edilmişdir 10/28/2024

Paylaşın

GÜNDƏM

Payızda rasiona hansı qidalar daxil edilməlidir?

Soyuqların düşməsi ilə insan orqanizmi yağ yandırma rejiminə keçir və xüsusilə düzgün metabolizmə ehtiyac duyur.
Baku-bakı.az bu barədə rusiyalı nutritsioloq İrina Şimanskayanın “Telegram” kanalına istinadən xəbər verir.
“Yağ yandırma prosesini üçlük idarə edir: hipotalamus, qalxanvari vəzi və böyrəküstü vəzilər. Stres, xroniki xəstəliklər, tələsik və mövsümə uyğun olmayan qidalanma onlara aktiv şəkildə mane olur. Yağ yanmır, enerji yoxdur, əl-ayaq donur, əhval-ruhiyyə sıfırdadır… Termogenezi aktivləşdirən və üçlüyün işini dəstəkləyən isidici qidaları və ədviyyatları rasiona daxil etmək lazımdır. Bu qidalar orqanizm soyuğa və qısa işıqlı günə uyğunlaşarkən payızda gümrah qalmağa kömək edəcək”, – deyə mütəxəssis bildirib.

Termogenezdən ötrü xüsusilə zülal vacibdir. Bu baxımdan qoyun əti, quş əti, balıq rasionun birinci yerinə çıxır. Zülal isti bulyonlar şəklində daha asan həzm olunur və orqanizmi daha yaxşı qidalandırır.

Çuğundur, yerkökü, balqabaq, batat, turp, kartof, kələm, soğan, sarımsaq, daykon, şalğam da faydalıdır. Onların tərkibində lif və immunitet üçün lazım olan karotinoidlər, antioksidantlar, E və C vitaminləri, B qrupu vitaminləri, minerallar, sulforafan var.

Payızda C vitamini ilə zəngin mərcanı da rasiona daxil etmək lazımdır. Bu giləmeyvə immuniteti gücləndirir və bundan əlavə, mədəaltı vəzin işini stimullaşdırır, mədə turşuluğunu artırır, xolesterolu azaldır, oynaq iltihabını aradan qaldırır, sistit zamanı kömək edir.

“Yeməklərə və içkilərə istilik xüsusiyyətləri vermək çox asandır. Məsələn, zəncəfil, sarıkök, qara və acı qırmızı bibər kimi ədviyyatlar əlavə etməklə bunu nail olmaq mümkündür”, – deyə Şimanskaya bildirib.

Qeyd edək ki, daha əvvəl immunoloq Vladimir Bolibok bildirmişdi ki, soyuqdəymə ilə mübarizədə vitaminlərlə zəngin olan və immun sistemini gücləndirən limon və portağal yaxşı kömək edir. Həkim soyuqdəymə ilə mübarizənin digər vasitəsi kimi bal, ədviyyat və otlardan hazırlanan isti içki – sbiteni göstərib.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən

xəbərlər

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda deyilir: “Zəfər tariximiz

xəbərlər

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının

xəbərlər

Ən son

ƏSAS XƏBƏRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.

ƏSAS XƏBƏRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Böyükşor–Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib. Baxış

GÜNDƏM

Noyabrın 7-də Yer kürəsini G1 sinfinə aid zəif maqnit qasırğası bürüyəcək.Baki-baku.az RBC.ru-ya istinadən xəbər verir