GƏZMƏLİ YERLƏR

> PARKLAR

PARKLAR

El arasında “Molokan” adı ilə tanınan “Xaqani” bağının ərazisi kiçik olsa da (0,8 hektar), Bakının ən qədim parklarından biridir. Park cənubdan Üzeyir Hacıbəyli küçəsi, şimaldan Xaqani küçəsi, şərqdən Qoqol küçəsi, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır.

PARKLAR

Şəhərin ən köhnə parklarından biri də ,Zabitlər parkı, faşizmə qarşı döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adı verilib. Əsaslı yenidənqurmadan sonra Zabitlər parkı 2011-ci ildə yenidən açılıb.

PARKLAR

Səbail rayonunda yerləşən Çəmbərəkınd parkı istirahət üçün ın gözəl məkanlar siyahısındadır. Burda uşaqlar üçün kiçik əyləncə zonaları və gözəl fəvvarələr quraşdırılıb. Dörd tərəfi yaşıllıqla əhatə olmuş bu parkda da sevdiklərinizlə keyfiyyətli vaxt keçirəcəyinizə əmin ola bilərsiz.

PARKLAR

Nadir ağacların məskəni olan -dendrari- parkı tarixinə görə ən nadir parklardan biridir. Tarixən Murtuza Muxtarovun evi olan bu parkda müxtəlif ölkələrdən gətirilmiş bitkilər və qeyri-adi ağaclar əkilib. Parkın əsas qonaqlarını isə sərin və təmiz havadan zövq alarkən piknik etmək istəyənlər təşkil edir.

PARKLAR

Növbəti park Sevgi parkıdır. 4 mindən artıq ağacı olan bu parkda həm dincələ, həm də asudə vaxtınızı mənalı keçirə biləcəksiz. Yaşıllıqlarla yanaşı sevgi simvolu olan “Ürəklər” kompozisiyasını da seyr edə bilərsiz. Parkın gecə mənzərəsi xüsusilə seçilir və bəyənilir.

PARKLAR

Yasamal rayonunda yerləşən Meşə parkının adından da bəlli olduğu kimi park ərazisinin 70%dən çoxunu yaşıllıq zonası əhatə edir. 4 hektar ərazidə yerləşən bu parkı vaxtilə zəbt olunsa da bir neçə il öncə dövlət fonduna qaytarıldı və təmir edilib, park salınıb, əhaliyə təqdim edildi. Bu isə o deməkdir ki, park ərazisində olarkən sanki meşədə piknik etmiş olacaqsız.

PARKLAR

Müasir anlayışda -piknik- təbiət qoynunda, gözəl mənzərəsi olan məkanda və təmiz havada yemək yemə və əyləcəli məşğuliyyət növüdür. Ailəniz və dostlarınızla maraqlı vaxt keçirəcəyiniz, şəhərin səs-küyündən uzaqlaşıb təbiətlə vəhdət tapacağınız məkanlar Bakıda kifayət qədərdir. Paytaxtda günbəgün artan park sayın nəzərə alaraq sizə piknikə uyğun top 5 park siyahısın təqdim edirik