GƏZMƏLİ YERLƏR > Parklar

Bakıda Piknik Üçün Ən Yaxşı 5 Park

Müasir anlayışda -piknik- təbiət qoynunda, gözəl mənzərəsi olan məkanda və təmiz havada yemək yemə və əyləcəli məşğuliyyət növüdür. Ailəniz və dostlarınızla maraqlı vaxt keçirəcəyiniz, şəhərin səs-küyündən uzaqlaşıb təbiətlə vəhdət tapacağınız məkanlar Bakıda kifayət qədərdir. Paytaxtda günbəgün artan park sayın nəzərə alaraq sizə piknikə uyğun top 5 park siyahısın təqdim edirik

1- Birinci yerdə Bakının ən böyük parkı olan Mərkəzi Parkdır. Ətrafı maşın yolu ilə əhatələnməsinə baxmayaraq parka daxil olduqdan sonra tam fərqli aləmə keçid alacaqsız. Yaşıllıq sahəsi, gəzinti və velosiped yolları, uşaq və idman meydançaları, çiçəklər, çoxlu ağac və kollar olan parkda həmcinin restoranlar və kafelər də var.

2- Yasamal rayonunda yerləşən Meşə parkının adından da bəlli olduğu kimi park ərazisinin 70%dən çoxunu yaşıllıq zonası əhatə edir. 4 hektar ərazidə yerləşən bu parkı vaxtilə zəbt olunsa da bir neçə il öncə dövlət fonduna qaytarıldı və təmir edilib, park salınıb, əhaliyə təqdim edildi. Bu isə o deməkdir ki, park ərazisində olarkən sanki meşədə piknik etmiş olacaqsız.

3- Növbəti park Sevgi parkıdır. 4 mindən artıq ağacı olan bu parkda həm dincələ, həm də asudə vaxtınızı mənalı keçirə biləcəksiz. Yaşıllıqlarla yanaşı sevgi simvolu olan “Ürəklər” kompozisiyasını da seyr edə bilərsiz. Parkın gecə mənzərəsi xüsusilə seçilir və bəyənilir.

4- Nadir ağacların məskəni olan -dendrari- parkı tarixinə görə ən nadir parklardan biridir. Tarixən Murtuza Muxtarovun evi olan bu parkda müxtəlif ölkələrdən gətirilmiş bitkilər və qeyri-adi ağaclar əkilib. Parkın əsas qonaqlarını isə sərin və təmiz havadan zövq alarkən piknik etmək istəyənlər təşkil edir.

5- Səbail rayonunda yerləşən Çəmbərəkınd parkı istirahət üçün ın gözəl məkanlar siyahısındadır. Burda uşaqlar üçün kiçik əyləncə zonaları və gözəl fəvvarələr quraşdırılıb. Dörd tərəfi yaşıllıqla əhatə olmuş bu parkda da sevdiklərinizlə keyfiyyətli vaxt keçirəcəyinizə əmin ola bilərsiz.

Məkan

Təsvir