Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/26/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Parkinson xəstəliyinin gözlənilməz təhrikçisi aşkar edilib

Parkinson xəstəliyi, Parkinson

Ağız boşluğunda yaşayan bəzi bakteriyalar bağırsağa düşdükdə beyin neyronlarını zədələyə və Parkinson xəstəliyinin inkişafına təkan verə bilər. Sonqyunqvan Universiteti və Seul Milli Universitetinin alimləri bu nəticəyə gəliblər.

Baki-baku.az xəbər verir ki, tədqiqat “Nature Communications” (“NatCom”) jurnalında dərc olunub.

Araşdırmanın mərkəzi obyekti kariyesin törədicisi olan “Streptococcus mutans” bakteriyası olub. Alimlər müəyyən ediblər ki, Parkinson xəstəliyindən əziyyət çəkən insanların bağırsaqlarında bu bakteriyanın miqdarı xeyli yüksəkdir. Bundan əlavə, o, urokanatreduktaza (UrdA) fermenti və imidazolpropionat (ImP) metaboliti ifraz edir. İkincisi bağırsaqdan qana keçərək beyinə qədər çata bilir.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, “S. Mutans” və ya “UrdA” sintez edən genetik dəyişdirilmiş E. coli təsirə məruz qaldıqda heyvanların beyin və qanında ImP səviyyəsi yüksəlir. Bu isə dofamin neyronlarının məhvi, neyroiltihab, hərəkət pozuntuları və Parkinson xəstəliyinin inkişafı ilə bağlı olan alfa-sinuklein zülalının toplanması ilə müşayiət olunub.

Alimlər həmçinin aşkar ediblər ki, bu təsirlər “mTORC1” siqnal kompleksinin aktivləşməsi ilə bağlıdır. Təcrübə aparılan heyvanlarda bu yolun dərman vasitəsilə bloklanması iltihabı azaldır, neyronları qoruyur motor funksiyalarını yaxşılaşdırır.
Tədqiqatçılar vurğulayırlar ki, bağırsaq mikroflorasının tənzimlənməsi neyrodegenerativ xəstəliklərin profilaktikası və müalicəsində perspektivli istiqamət ola bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul

Ən son

GÜNDƏM

Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin