Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/01/2026

Paylaşın

GÜNDƏM

“Para” BOKT maliyyə vəziyyətini açıqlayıb

WhatsApp Image 2026-06-01 at 15.40.06

“Para” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 6,232 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2024-cü ildən 1,202 milyon manat zərərlə çıxmışdı.
Baki-baku.az xəbər verir ki, ötən il “Para”nın vergiyəqədərki mənfəəti 7,072 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 840 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə “Para”nın aktivləri 5,157 milyon manat olub ki, bu da illik müqayisədə 3,6 dəfə azdır. Bunun 155 min manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 66,9 dəfə kiçilib.
Hesabat dövründə kredit təşkilatının öhdəlikləri 2,1 dəfə azalaraq 18,063 milyon manata, balans kapitalının çatışmazlığı isə 32,6 % azalaraq 12,905 milyon manata düşüb.
Xatırladaq ki, “Para” 2016-cı ildə lisenziyası ləğv olunmuş “Parabank” ASC-nin bazasında 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 29,266 milyon manatdır. BOKT-un səhmlərinin 19%-i Eldar Quliyevə, 16% Alevtina Quliyevaya, 13%-i Tamilla Hacıyevaya, 12%-i Vəli Quliyevə, 11%-i Elnur Quliyevə, 8%-i Fərman Quliyevə, 6%-i Əşrəf Səfərova, 6%-i Faiq Səfərova, 4%-i Rasim Poladova. 2%-i İbrahim Səfərova, 2%-i Əvəz Səfərliyə, 2%-i isə digər şəxslərə məxsusdur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Hər bir dövlətin sabahı onun bu gün yetişdirdiyi nəslin üzərində qurulur. Uşaqların sağlam, savadlı, milli-mənəvi dəyərlərə bağlı və

Ən son

GÜNDƏM

Uşaqlar hər bir dövlətin gələcəyidir və məhz buna görə də böyüməkdə olan nəslə qayğı Azərbaycanın

GÜNDƏM

Uşaqlar hər bir dövlətin gələcəyidir və məhz buna görə də böyüməkdə olan nəslə qayğı Azərbaycanın
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin