Nəşr edilmişdir 05/15/2025

Paylaşın

GÜNDƏM

Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub

IMG-20250515-WA0046

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Baki-baku.az-ın məlumatına görə, Pakistanın Baş naziri Azərbaycan Prezidentinə Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verib. Məhəmməd Şahbaz Şərif baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib, bunun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nümunəsi olduğunu bildirib.
Dövlətimizin başçısı regionda atəşkəsin təmin olunduğunu məmnunluqla qeyd edib, Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb.
Telefon danışığı zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gün Beynəlxalq ailə günü qeyd edilir – ailənin cəmiyyətin təməl daşı olduğunu xatırladan bir gündür.

Ən son

GÜNDƏM

Dikdaban ayaqqabılarının tarixi 17-ci əsrə gedib çıxır və bu dövr ərzində kişilər arasında çox məşhur

GÜNDƏM

Dikdaban ayaqqabılarının tarixi 17-ci əsrə gedib çıxır və bu dövr ərzində kişilər arasında çox məşhur