Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/12/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Pəhriz saxlamaq və sağlam olmaq istəyənlərə nektarin məsləhət görülür

Şirin və dadlı yay meyvəsi olan Nektarin A, C və E vitaminləri, antosiyaninlər də daxil olmaqla müxtəlif antioksidantlar ehtiva edir.
Baki-baku.az xəbər verir ki, bu antioksidanlar hüceyrələri sərbəst radikallardan, orqanizmi isə bir çox xəstəliklərdən qoruyur.
Nektarin xüsusilə C və A vitaminləri ilə zəngindir. Bu vitaminlər dərinin elastikliyini artırır, qırışları azaldır və dərini cavanlaşdırır.
C vitamini immunitet sistemini gücləndirir və orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. A vitamini isə göz sağlamlığını qoruyur və dəri sağlamlığını dəstəkləyir.
Bu meyvə ürəyin sağlamlığını qorumağa kömək edən kaliumla zəngindir. Kalium qan təzyiqini tənzimləyir və hipertoniya riskini azaldır.
Həmçinin nektarində maqnezium və dəmir kimi vacib mineralları var. Nektarin istehlakı qan şəkərinin səviyyəsini tarazlaşdırmağa da kömək edir.
Bu meyvə böyrək daşı yaranmasının və müxtəlif əzələ ağrılarının qarşısını alır.
Tərkibindəki liflərlə qəbizlik kimi həzm və bağırsaq problemlərinə faydalıdır, eləcə də bağırsaq sağlamlığını da qoruyur.
Nektarinlər aşağı kalorili və yüksək lif tərkibi ilə pəhriz saxlayanlar üçün ideal qəlyanaltı hesab olunur. Tox saxlayaraq lazımsız kalori qəbulunun qarşısını alır. Eyni zamanda maddələr mübadiləsini gücləndirir, arıqlamağa kömək edir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 Noyabr – Zəfər günü ilə bağlı paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Bəzi rəssamlar sadəcə şəkil çəkir – bir qismi isə bütöv bir dövrün portretini çəkir

TARIXI ŞƏXSİYYƏTLƏR

Bəzi rəssamlar sadəcə şəkil çəkir – bir qismi isə bütöv bir dövrün portretini çəkir
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin