Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/26/2026

Paylaşın

GÜNDƏM

Ötən il Azərbaycanda 25 mindən çox şəxsə əlillik təyin olunub

2025-ci ildə Azərbaycanda 25 mindən çox şəxsə əlillik təyin edilib, 140 mindən çox şəxsə reabilitasiya xidməti göstərilib.
Baki-baku.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədri Ramin Rzayev ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2025-ci ildə əlillik təyin olunan 54,5 min şəxsin 29,2 min nəfəri təkrar əlillik alanlardır.
“2024-cü ildə təyinat az, göndəriş çox idi. 2025-ci ildə isə 70 mindən çox göndəriş daxil olub, aparılan qiymətləndirilmələrlə müvafiq qərar verilib”.
R.Rzayev həmçinin bildirib ki, son üç ildə daxil olan göndərişlərin 55-56 %-ni bədxassəli şişlər, sinir sistemi xəstəlikləri, psixiatriya xəstəlikləri üzrə olub.
Eyni zamanda sədr son bir ildə qurumun müəssisələrində əlilliyi olan 142 min şəxsə reabilitasiya xidmətləri göstərildiyini söyləyib:
“Onlardan 78,6 min nəfəri ambulator, 33,2 min nəfəri isə stasionar və icma əsaslı reabilitasiya xidmətlərilə təmin edilib. Bu kateqoriyadan olan 13,7 min şəxsə 212 min reabilitasiya vasitəsi verilib. 2024-cü ilə nisbətən 2025-ci ildə reabilitasiya xidməti göstərilənlərin sayı 15 %, reabilitasiya vasitələri ilə təmin edilənlərin sayı 12,5 %, təqdim edilən reabilitasiya vasitələrinin sayı 2,2 dəfə artıb”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə - Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra təntənəli açılışı

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin